1422 qolçu, 28 bombardir

13:13 - 14 Avqust 2019

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək. 8 komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq. İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.
 
Sportal.az xəbər verir ki, PFL-in saytı 28-ci çempionat ərəfəsində 28 ən yaxşı bombardiri təqdim edib.
 
Bura 60-dan çox qol vuranlar düşə bilib. Ən məhsuldar futbolçular cədvəlinə Nazim Əliyev başçılıq edir. O, 183 dəfə fərqlənib. Müşfiq Hüseynov 125, Rövşən Əhmədov 116 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, yalnız 10 futbolçu 100 qol səddini adlayıb.
 
yer futbolçu qol
 
1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4-5 Qurban Qurbanov 115
  Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8-9 Xaqani Məmmədov 102
  Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
11 Musa Qurbanov 94
12 Fazil Pərvərov 89
13 Samir Musayev 88
14-15 Fərrux İsmayılov 85
  İmamyar Süleymanov 85
16 Samir Əliyev 84
17 İsmayıl Məmmədov 76
18 İlham Məmmədov 74
19 Azər İsayev 73
20 Paşa Əliyev 72
21 Badri Kvaratsxeliya 71
22 Zaur Ramazanov 70
23 Yunis Hüseynov 66
24-25 Vidadi Rzayev 65
  Mahir Əliyev 65
26-28 Mahmud Qurbanov 61
  Ramiz Məmmədov 61
  Georgi Adamiya 61

Xəbər xətti