Kiyev "Dinamo"su Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

14:02 - 14 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Brügge" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Dinamo"nun qonağı olub. Kiyevdə keçirilən matç 3:3 hesablı heç-heç ilə yekunlaşıb.

 

Belçika təmsilçisi pley-offda Avstriyanın LASK klubu ilə qarşılaşacaq.

 

"Dinamo" - "Brügge" - 3:3

Qollar: Vitali Buyalski, 6, Vladimir Şepelev, 50, Brendon Mexele, 90 (avtoqol) - Simon Deli, 38, Ruud Vomer, 88, Lois Openda, 90+3

İlk oyun: 0:1

 

Xəbər xətti