Əli Babayevin yeni klubu rəsmən məlum oldu

Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Azərbaycan millisinin üzvü Əli Babayev karyerasını doğma vətəni İsraildə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçisi II liqa klubu "Makkabi"yə (Petah-Tikva) transfer olub. Klub saytının məlumatına görə, Babayevlə iki illik müqavilə imzalanıb.

 

Əli ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. O, Litva ilə yoxlama matçında Azərbaycan yığmasında debüt edib.

 

Image result for ‫אלי בבייב‬‎

Tarix: 14 Avqust [21:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio