"Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik"

00:33 - 15 Avqust 2019

"Bney Yehuda"nın kapitanı Dan Mori Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi mətbuat konfransında təmsilçimizin hücum xəttinə qiymət verib: "Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddi. Rəqibi dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidi. Ancaq fikirləçsək, ilk oyundan sonda hesabda üstünlüyümüz var, bu, lehimizə olmayacaq. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

 

İsraillilər Bakıdan 2:2 hesablı bərabərliklə qayıdıb.

Xəbər xətti