"Mançester Yunayted" Lindelöflə müqaviləni uzadır

17:35 - 15 Avqust 2019

"Mançester Yunayted" müdafiəçisi Viktor Lindelöfə yeni müqavilə təklif edəcək.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İsveç millisinin üzvü ilə 6 illik müqavilə imzalamağa hazırlaşır. 25 yaşlı futbolçu yeni müqavilənin şərtlərinə əsasən, 7 milyon avrodan çox maaş alacaq.

 

"Mançester Yunayted" Lindelöfü 2017-ci ildə "Benfika"dan 35 milyon avroya transfer edib.

Xəbər xətti