Kloppdan tarixi uğur

18:01 - 15 Avqust 2019

UEFA Super Kuboku uğrunda oyunda “Çelsi”ni məğlub edən “Liverpul” qalib olub.

 

Sportal.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp üçün bu titul əlamətdar olub. 52 yaşlı mütəxəssis UEFA Super Kubokunu qazanan ilk almaniyalı baş məşqçi olub.

 

Daha öncə Almaniyadan olan 5 baş məşqçi UEFA Super Kuboku matçında uduzmuşdu.

 

Bundan əlavə, Yurgen Klopp baş məşqçi karyerasında 800-cü oyununa çıxıb. O, baş məşqçi karyerasına "Maynts"da başlayıb və 7 il bu klubda işləyib. Klopp 7 il Dortmund "Borussiya"sını çalışdırıb. Təcrübəli mütəxəssis 2015-ci ildə "Liverpul"un baş məşqçisi təyin edilib.

Xəbər xətti