"Bney Yehuda" "Neftçi"ni Avropa Liqasından kənarlaşdırdı - VİDEO

00:05 - 16 Avqust 2019

“Neftçi” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi İsarildə “Bney Yehuda”nın qonağı olub. Petah Tikvadakı “Ha Moşava” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

İki oyunun nəticəsinə əsasən, "Neftçi" mübarizəni dayandırıb.

 

“Bney Yehuda” – “Neftçi” - 2:1 (İlk oyun: 2:2)

Qollar: Dor Jan,14, Tambi Saqas, 66 - Emin Mahmudov, 90+3 (pen.)

 

Xəbər xətti