Məhəmməd Qədir: "Neftçi"nin zəif cəhətlərini bilirdik" - MÜSAHİBƏ

00:46 - 16 Avqust 2019

“Bney Yehuda”nın futbolçusu Məhəmməd Qədir “Neftçi”yə qalib gəldikləri (2:1) Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından “FutbolPress”in suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı ərəb əsilli israilli hücumçu öncə oyunu şərh edib:

 

- Bizim üçün çox yaxşıdı. Bilirsiz, matçdan öncə heç kim fikirləşmirdi ki, biz qələbə qazanacağıq. Ancaq biz yaxşı nəticə qazandıq. Əks-hücumlarda yaxşı oynadıq. Nəticəyə görə xoşbəxtik.

 

- Buna qədər qol buraxmayan “Neftçi”ni hər iki matçda 2 dəfə məyus etdiz. Müdafiə belə zəif idi?
- Xeyr. Onlar çox yaxşı idilər. Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik.

 

- Bu qələbədə əsas pay sahibi olduğunuzu düşünmürsüz ki? “Neftçi” iki matçda sizi dayandıra bilmədi...
-  Burda olduğuma görə xoşbəxtəm. Ən yaxşı oyunumu göstərməyə davam edəcəm.

 

- Özünü bu komandada necə hiss edirsən?
- Əla hiss edirəm. Çox gənc komandamız var. Hamı uğur üçün acdı. Komandamız ilə qürur duyuram.

 

- “Neftçi”nin heyətində hansı futbolçunu qeydə edə bilərsiz?
- Məncə, hamı yaxşı idi. əgər birini seçməliyəmsə, 8 nömrəli oyunçunu, kapitanı qeyd edərdim (Emin Mahmudovu nəzərdə tutur – red.). Çox yaxşı futbolçudu. Həmçinin 28 nömrəli oyunçunu vurğulamaq istərdim (Stiven Jozef-Monroz – red.).

 

- Qrupa düşmək şansınızı necə görürsüz?
- Biz buna inanırıq. “Malmö” ilə sınağımız olacaq. Biz ən yaxşı oyunumuzu etməyə hazırıq.

Xəbər xətti