Azarkeş "Liverpul"un qapıçısını zədələdi

18:08 - 16 Avqust 2019

"Liverpul"da itkilərin sayı artıb.

 

Sportal.az xəbər verir ki, Alisson Bekerin ciddi zədə almasından sonra qapını qoruyan Adrian da sıradan çıxıb. İspaniyalı qapıçı UEFA Super Kubokunda "Çelsi" ilə keçirilən matç zamanı xəsarət alıb. "Qırmızılar" qalib gəldiyi oyundan sonra qələbəni qeyd edərkən bəzi azarkeşlər də futbolçulara qoşulub. Fanatlardan biri həmin anda Adrianın zədələnməsinə səbəb olub.

 

Komandanın baş məşqçisi Yurgen Klopp bu barədə açıqlamasında deyib:

 

"Azarkeşlərimizi sevirik. ancaq xahiş edirəm, belə şey etməsinlər. Norviçdə, İstanbuld ainsanlar meydana daxil olur, bu, heç də əyləncəli deyil. Azarkeşlərdən biri Adrianı biləyindən zədələyib. "Sauthempton"la matçda meydana çıxmaya bilər. Bu, dəlilikdir! Axı belə şey necə baş verə bilər?"

 

Türk azarkeşlərdən biri 32 yaşlı qapıçıya sarılmaq və onun formasını almaq üçün meydana daxil olmuşdu.

 

"Daily Mirror"un məlumatına görə, "Liverpul" Adrianın zədələnməsinə görə UEFA-ya şikayət məktubu yollayıb. Şikayət məktubunda matçın keçirildiyi "Vodafone Park"da təhlükəsizliyin zəif qorunduğu qeyd edilib.

 

Bundan əlavə, almaniyalı mütəxəssis Nəbi Keytanın da zədə səbəindən "Sauthempton"la oyunda meydana çıxmayacağını deyib.

 

"Sauthempton" - "Liverpul" matçı sabah Bakı vaxtı ilə 18:00-da baş tutacaq.

Xəbər xətti