"Divizionda oynamaqdansa, karyeramı başa vuraram" - "Keşlə"dən ayrılan

15:54 - 19 Avqust 2019

Ötən mövsümün sonunda "Keşlə"dən ayrılan Davud Kərimi klubsuz qalıb.

 

Sportal.az-a açıqlama verən 34 yaşlı əlcək sahibi təklif almasa, karyerasını başa vuracağını bildirib:

 

"Danışıq apardığım klub yoxdur. Formada qalmaq üçün həftədə dörd dəfə məşq edirəm. Pis çıxmasın, Divizionda oynamaqdansa, karyeramı başa vuraram. Kimsə yanlış anlamasın. Elə yaşdayam ki, aşağı liqada oynamalı deyiləm. Daha yaxşısı isə məşqçi karyerasına başlamaq olar. "Kəpəz"? Bu komanda mənə doğmadır. Məşqiləri ilə də yaxşı münasibətim var. Ancaq təklif almamışam. Yeni kluba keçməsəm, yəqin ki, əlcəklərimi mıxdan asacam".

Xəbər xətti