İlqar Qurbanovun yeni klubu məlum oldu

16:14 - 19 Avqust 2019

"Qəbələ"dən ayrılan İlqar Qurbanov karyerasını "Sumqayıt"da davam etdirəcək. 

 

Sportal.az-a açıqlama verən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov 33 yaşlı cinah müdafiəçisi ilə anlaşdıqlarını deyib.

 

"Fənərbaxça"nın yetirməsi 2017-ci ildə "Qarabağ"dan "Qəbələ"yə keçmişdi.

Xəbər xətti