Mövsümün ilk turunda qeydə alınan azarkeş sayı

17:55 - 20 Avqust 2019

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu geridə qaldı. Baş tutan 4 matçı izləyən azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Dalğa Arena"da "Keşlə" ilə "Qarabağ" arasında keçirilən açılış oyununda (0:1) 800 azarkeş olub. Ən yüksək göstərici isə turun bağlanış matçında qeydə alınıb. "Neftçi" ilə "Sabah" arasında baş tutan sözügedən görüşdə (1:1) 1500 nəfər tribunada yer alıb.

 

Ən az izləyici isə Bayılda olub. "Səbail" - "Zİrə" (1:0) matçına 400 nəfər baxıb. Qəbələdə eyniadlı komandanın "Sumqayıt"a 0:2 hesablı yenilgisinə isə 500 futbolsevər tamaşa edib.

 

Ümumilikdə, turun 4 qarşılaşmasını 3200 nəfər izləyib ki, bu da hər qarşılaşmada 800 azarkeşin olması deməkdi.

Xəbər xətti