Riberi İtaliya klubunda

18:35 - 20 Avqust 2019

İtaliyanın "Fİorentina" klubu "Bayern"dən ayrılan Frank Riberi ilə anlaşıb .

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "bənövşəyilər" 36 yaşlı yarımmüdafiəçi ilə 2 illik razılığa gəlib. Riberi bu müddətdə 4 milyon avro maaş alacaq. Daha 500 min avro məvacib bonus şəklində ödənilə bilər.

 

Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib. Riberi 2007-ci ildən çıxış etdiyi Münhen təmsilçisində 425 oyuna 124 qol vurub, 182 assist edib.

Xəbər xətti