"Beşiktaş" yeni transferini rəsmən açıqladı

15:55 - 22 Avqust 2019

"Beşiktaş" "Tottenhem"in vingeri Kevin-Jorj Nkudunu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Qara qartallar" bu keçid üçün 4 milyon avrosundan keçib. Növbəti satışdan "Tottenhem"ə 50 faiz pay veriləcək.

 

"Tottenhem" Nkudunu 2016-cı ildə "Marsel"dən 11 milyon avroya transfer edib. Londonlular Fransanın U-21 millisinin sabiq üzvünü "Börnli" və "Monako" klublarına icarəyə vermişdi.

Xəbər xətti