Maqaye Qeye: "Əvvəlki formamı bərpa etməyə başlamışam" - MÜSAHİBƏ

23:27 - 25 Avqust 2019

"Qarabağ"ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının ikinci turunda "Qəbələ"yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az 29 yaşlı forvardın müsahibəsini təqdim edir:
 
- Bu gün də bir qol vurdun. Tam formaya düşmüsən? Əsl Qeyeni nə vaxt görəcəyik?
- Bura gələndə təbii ki, tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə başlamışam. Əsas odur ki, baş məşqçi də mənə güvənir, şans verir. Buna görə də məmnunam və çox xoşbəxtəm.
 
- “Linfild”lə matçın 90+3-cü dəqiqəsində penalyini “panenka” stili ilə vurmağın təəccübləndirdi. Özünə bu qədər əmin idin? Sonradan peşman olmadın ki, birdən epizodu qaçıra da bilərdim.
- Heç bilmirəm ki, buna necə cavab verim. Özümə güvənirdim.
 
- “Linfild”lə ev matçı barədə necə düşünürsən? Rəqib ilk oyun standart vəziyyətlərdən iki qol vurdu. Buna qarşı planınız var?
- Səfər oyunları həmişə qəliz olur. Çox qol vəziyyətləri olmadı. İki qolu standart vəziyyətlərdən vurdular. Ev matçında bununla bağlı ehtiyatlı olmalıyıq.
 
- Son dəqiqədə vurduğun qol “Qarabağ”ın şansını daha da artırdı?
- İki qol vurduğumuza görə, cavab oyununda imkanlarımız qalır. Öz komanda yoldaşlarıma inanıram.
 
- Zədəli və cəzalı futbolçular olmasaydı, “Linfild”i məğlub edə bilərdiniz?
- Səmimi deyim ki bilmirəm necə olardı. Demək olar ki, komandada bütün futbolçular eynidir bizim üçün. Qarşıdakı oyuna köklənirik.

Xəbər xətti