Abdullah Zubir nöqtə qoydu: "Özümü "Qarabağ"da xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ

23:41 - 25 Avqust 2019

"Qarabağ"ın vingeri Abdullah Zubir Azərbaycan Premyer Liqasının ikinci turunda "Qəbələ"yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, matçda bir qol vuran Əlcəzair əsilli fransalı futbolçu öncə qələbəni şərh edib:
 
- Gözlənildiyimi kimi, asan matç olmadı, “Qəbələ” bizi arxa xəttdə qarşılayırdı. İlk qolu vurandan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu göstərməyə başladıq.
 
- Avropa Kuboklarında çox qol epizodları yaratsan da, fərqlənə bilmirdin. Bu gün uzaqdan zərbədən sonra rəqib toru silkələdin. Niyə zərbə vurmaqdan çəkinirsən?
- Mən Avropa Kuboklarında da kifayət qədər zərbə vurmuşam. İstəsəniz, statistikalara nəzər yetirə bilərsiniz. Bilirsiniz, mən necə gəldi zərbə vurmuram. 
 
- “Linfild”ə məğlubiyyətiniz gözlənilməz oldu. Niyə uduzdunuz? 1:3 hesabı ilə uduzsaydınız belə, Bakıda mərhələ keçəcəyinizi düşünürdünüz?
- Rəqib sadə komanda deyil. Bizim xeyli qol şanslarımız oldu, elə onların da. Hesab 3:1 olsaydı, bizim üçün daha çətin olacaqdı. Özümüzə inanırıq.
 
- “Genqam”a transfer məsələn nə yerdədir? İddia edilir ki, “Qarabağ” səni bir milyon avroya satmaq istəmir.
- Mən “Qarabağ”ın futbolçuyam, müqaviləm var. Bu, klubun işidir. Danışmağım düz olmaz.
 
- Ürəyin “Qarabağ” eşqi ilə döyünür?
- Mən burdayam.
 
- “Qarabağ”la Avropa Liqasında oynamaq yaxşıdır, yoxsa Fransanın II Liqasında?
- Axı mən dedim, “Qarabağ”ın futbolçusuyam. Mən burada özümü xoşbəxt hiss edirəm.

Xəbər xətti