Nikola Yurçeviç: "Heyətdə bir-iki sürpriz ad ola bilər" - MÜSAHİBƏ

21:10 - 26 Avqust 2019

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Premyer Liqanın ikinci turunda keçirilən "Zirə" - "Neftçi" oyunundan (1:0) sonra Sportal.az-a müsahibə verib.

 

- "Zirə" "Neftçi"ni üstələdi. Oyunu bəyəndiniz?

- Maraqlı oyun idi. "Neftçi"nin ilk dəqiqələrdə epizodları oldu. "Zirə" də yaxşı komandadır, kompakt futbol oynadılar. "Zirə" ağıllı çıxış etdi, "Neftçi" isə epizodlarını dəyərləndirə bilmədi.

 

- Bu oyunda iştirak edənlərdən milliyə dəvət alan olacaq?
- Hər şey ola biler. Özünüz də bilirsiniz ki, "Neftçi"dən millidə olanlar var idi. Belə oyunçular yenə də ola bilər.


- Siyahınızı hazır etmisiniz?

- Sabah köməkçimlə danışacam. Bir neçə futbolçunu müzakirə edəcəyik. Bəzi futbolçular zədəlidir. Bədavi Hüseynov uzun müddətdir ki oynamır. Görək, necə olur.


- Sürprizlər olacaq?

- Mən başa düşmürəm ki, siz sürpriz dedikdə nəyi deyirsiniz. Ola bilsin ki, bir-iki belə futbolçu dəvət alsın.

 

- Renat Dadaşovun "Vulverhempton"a transfer olması barədə fikirlərini necədir?

- Buna sevindim. Çünki onu yığmada necə çalışdığını görmüşdüm. Renatın Premyer Liqa kluba keçməsi fantastikadır. O, perspektivli oyunçudur. "Vulverhempton" rəsmiləri də belə söylədi. İnanıram ki, Portuqaliyada da yaxşı çıxış edəcək.

 

- Milli ilk üç oyunda xal üzünə həsrət qalıb. Uels və Xorvatiya ilə oyunlardan nə gözləmək olar? 

- İndi Uelslə görüşü düşünürük. Uelsin futbolçularına baxmışam, çox güclüdürlər. Onlara qarşı oynamağın resepti elə Xorvatiya ilə matçda da eyni olacaq.

Xəbər xətti