Namiq Ələsgərov: "Bu vəziyyətdən çıxmaq üçün bir qələbə lazımdır" - MÜSAHİBƏ

21:38 - 26 Avqust 2019

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın ikinci turunda səfərdə "Zirə"yə uduzduqları (0:1) oyundan sonra Sportal.az-a müsahibə verib.
 
- Yəqin ki, məğlubiyyəti gözlənilməz oldu.
- Gözləmirdik deyəndə ki, bu gün qələbə qazanmaq istəyirdik. Vəziyyətin normallaşması üçün bu, vacib idi. Çox çalışsaq da, alınmadı.
 
- Məğlubiyyətin səsəbini necə izah edə bilərsən? Son zamanlar “Neftçi”nin ətrafında söz-söhbətlər artıb. Bunun təsiri nə dərəcədədir?
- Bunu heç fikirləşmirdik. Ancaq qalib gəlməyi düşünürdük. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Buna baxmayaraq, qol epizodlarını dəyərləndirmədik və məğlub olduq.
 
- Klub ətrafındakı söz-söhbətlər komandaya necə təsir edir? Azarkeşlərin də təzyiqi artıb, istefaya səsləyirlər.
- Bu barədə danışmaq istəmirəm.
 
- Onsuz da qəliz vəziyyətdəsiniz. Azarkeşlər təzyiq edəndə sizə daha çətin olmur?
- Danışmaq istəmirəm.
 
- “Bney Yehuda”nı keçsəydiniz, daha fərqli ab-hava ola bilərdi?
- Keçsəydik, daha yaxşı psixoloji durumda olardıq. Komandaya yaxşı təsir edəcəkdi. Artıq bunu tez bir zamanda unutmalı və çempionata köklənməliyik. Nəticələrimizi yaxşılaşdırmalıyıq.
 
- İki oyuna bir xal toplamısınız. Bu gedişlə necə olacaq “Neftçi”nin axırı? Sizi “qara zolaq”dan nə çıxara bilər?
- Bir qələbə lazımdır ki, bu vəziyyətdən çıxaq. Gələn oyuna maksumum çalışacağıq ki, bu vəziyyətdən qurtulaq.
 
- “Neftçi” bu ildə çempionluq üçün çalışacaq?
- Əlbəttə, çalışacağıq ki, bunun üçün yarışaq. Hədəfimiz çempionluqdur və bunun üçün mübarizə aparacağıq.
 
- Ötən çempionluğu sona iki-üç tur qalmış əldən verdiniz. Bu dəfə necə olacaq?
- Hələ çempionat təzə başlayıb, indidən danışmaq tezdir. Hədəfimiz mövsümün əvvələrindən çempionluq idi. Ancaq Premyer Liqaya pis başladıq. Hər şey öz əlimizdədir, qarşıda çox oyun var, vəziyyəti yaşılaşdıra bilərik.

Xəbər xətti