Azərbaycan millisi Macarıstana qalib gəldi

00:00 - 27 Avqust 2019

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi növbəti sınağına çıxıb.

 

Yığma bu dəfəki rəqibi ev sahibi Macarıstan olub. Hər iki komanda ilk iki turda bənzər nəticələr əldə etdiyindən, qarşılaşmaya ikiqat maraq var idi.

 

Milli Xorvatiyaya qalib gəlib, Hollandiyaya yenilmişdisə, macarlar Estoniyanı üstələyib, Rumıniyaya uduzmuşdu.

 

Covanni Kapraranın yetirmələri qrupda ilk "4-lüy"ə düşmək üçün bu gün mütləq qalib gəlməliydi. Milli bu vəzifənin öhdəsindən inamlı qələbə ilə gəlib.

 

C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.


C qrupu, III tur

Macarıstan – Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)

 

Budapeşt. Lasso Pappa adına İdman Arenası.

Xəbər xətti