Donald Gerye klub axtarır

15:30 - 27 Avqust 2019

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Donald Gerye "Haiti Tempo"ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubsuz olan 30 yaşlı haitili cinah futbolçusu milliyə çağırılmamasına münasibət bildirib:

 

"Hazırda formada deyiləm. Düşünürəm ki, baş məşqçinin seçimi məntiqlidir. Çünki yeni klub axtarışındayam və hazır deyiləm. Hazır futbolçuların yığmaya dəvət alması normaldır. Ona görə də digərləri haqda düşünmürəm. İnanıram ki, Tanrının köməyi ilə daha güclü şəkildə qayıdacam. Komanda yoldaşlarıma uğurlar arzu edirəm".

 

Gerye 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubunda 55 oyuna 5 qol vurub.

 

Xəbər xətti