"Qarabağ" Avropa Liqasının qrup mərhələsində! - YENİLƏNİB

21:47 - 29 Avqust 2019

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda 2:3 hesabı ilə uduzduğu Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.

 

Bununla da, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Ağdamlılar beşinci dəfə bu turnirin qrup mərhələsinə vəsiqə əldə edib.

 

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu


20:00. “Qarabağ” – “Linfild” - 2:1

Qollar: Xayme Romero, 6, Abdullah Zubir, 88 - Şeyn Leyveri, 90+3

Baş hakim: Sergey İvanov

Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko

Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti