"Qarabağ"a 2,92 milyon avro mükafat

10:37 - 30 Avqust 2019

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın UEFA-dan alacağı mükafat bəllidir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanmışdı.

 

UEFA-nın 2019/2020 maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro bölüşdürülüb və hər bir kluba 5 milyon avro çatıb.

 

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubunu mübarizədən kənarlaşdırdığı üçün daha 2,92 milyon avro qazanıb. Mübarizəni dayandıran "Linfild" isə büdcəsini 300 min avro zənginləşdirib.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

 

Avropa Liqasının mükafatları:

 

Pley-offda məğlub olan komanda 300 min avro mükafat alacaq.
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;
Qrupda qələbə: 570 min avro;
Qrupda heç-heçə: 190 min avro;
Qrupun qalibi: 1 milyon avro;
Qrup ikincisi: 500 min avro;
1/16 finala vəsiqə: 0,5 milyon avro;
1/8 finala vəsiqə: 1,1 milyon avro;
1/4 finala vəsiqə: 1,5 milyon avro;
1/2 finala vəsiqə: 2,4 milyon avro;
Finala vəsiqə: 4,5 milyon avro;
Qalib: 4 milyon avro.

Xəbər xətti