Vüqar Məmməd: "Komanda oyundan oyuna yüksəlişdədir"

17:03 - 30 Avqust 2019

Viktor Bannikov beynəlxalq turnirində Litva yığmasına 3:1 hesabı ilə qalib gələn 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, turniri yeddinci tamamlayn millinin baş məşqçisi bunları deyib:

 

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Daha öncə dediyim kimi, oyundan oyuna komanda yüksəlişdədir. Litva yığması kollektiv olaraq çox güclü müdafiə olunan komanda idi. Turnirdə keçirdikləri 3 oyunda qapılarından cəmi 2 qol buraxmışdılar. Bu oyunda taktiki gedişlərdən əlavə, futbolçulardan tələbimiz o idi ki, yaxşı oyun nümayiş etdirib qələbə qazansınlar. Taktiki baxımdan düzgün oynayaraq, qələbə qazanmağı bacardıq”.

Xəbər xətti