Qəbələdə darmadağın, Zirədə bərabərlik - YENİLƏNİB

22:22 - 31 Avqust 2019

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Üçüncü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası, III tur

31 avqust (şənbə)

 

18:30 “Qəbələ” – “Keşlə” - 0:4

Qollar: Slavik Alxasov, 10, Tural Bayramlı, 39, Lorenso Frutos, 45+1, 90+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev

Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

 

20:30 “Zirə” – “Sabah” - 1:1

Qollar: Soni Norde, 88 - Amadu Diallo, 35
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.

Xəbər xətti