“Zirə”nin futbolçusu: “9 nömrə” oynamağım təsir edirdi” - MÜSAHİBƏ

23:17 - 31 Avqust 2019

"Zirə"nin hücumçusu Soni Norde Premyer Liqanın üçüncü turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, komandasının bərabərlik qolunu vuran 30 yaşlı haitili futbolçu qarşılaşmanı şərh edib:
 
- Məncə, bu oyunda çox yaxşı performans sərgilədik. Əsasən də ikinci hissədə üstünlyü ələ aldıq. Bu da başadüşüləndir, çünki hesabda geri idik. Amma ilk hissə barədə eyni sözləri deyə bilmərəm. Ümumi götürsək, bu oyunda üç xalı götürməyə layiq idik. Qələbə qazanan tərəf biz olmalı idik.
 
- Nə üçün oyununuz alınmadı?
- Fikrimcə, ilk hissədə topla davaranışda tələsirdik. Buna görə də bəzən çox asan epizodlarda top itkilərinə yol verirdik. Həm də mənim sırf “9 nömrə” kimi oynamağım da müəyyən qədər təsir edirdi ki, ikinci hissədə tam fərqli oldu. Xulio Sezar Rodriges fasilədən sonra ideal hücumçu kimi meydana daxil oldu və bu halda mən də öz oyunumu tapa bilirdim.
 
- İlk hissədə rəqib müdafiəçilərin arasında “itmişdin”. Fikrincə, sənə uyğun ötürmələr edilirdi?
- Baş məşqçinin A planı hücumda Xulio Sezarın oynaması ilə bağlı idi. Ancaq son anda Xulionun oynamamasına görə B planına keçdik. Xulionun fasilədən sonra oyuna çıxmasından sonra düşünürəm ki, özümə lazım olan topları qəbul edə bilirdim. 
 
- Komandanın matça müdafiədən başlaması oyununuza necə təsir edirdi?
- 5-3-2 taktiki sxemində fikrimcə, topa yiyələnməyin daha yaxşı olmalıdır, əgər müdafiədən hücuma başlayırsansa. Sadəcə, ilk hissədə problemlərdən biri də o idi ki, müdafiəçilərdən biri nisbətən önə çıxmırdı. İkinci hissədə bunun tam əksini gördük. Arxa xətt oyunçularından biri yarımmüdafiəyə meyilli oynayandan sonra topu özümüzdə daha rahat saxlaya bilirdik.

Xəbər xətti