Şehiçin "Qarabağ"a keçidi baş tutmadı - Qurban Qurbanovdan transfer açıqlaması

23:48 - 1 Sentyabr 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ərzurumspor"un bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiçin transferi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı qapıçını icarəyə götürmək isədiklərini, ancaq bunun baş tutmadığını bildirib:

 

"Əlimizdə konkret razılıq yoxdur. Maraqlanmışdıq, ancaq Şehiçin müqaviləsi var. Ona görə də danışıqlarımız baş tutmayıb, razılığa gələ bilməmişik. Buna baxmayaraq, başqa variantlar var. Şehiçi icarəyə götürmək üçün danışıqlar aparılırdı. Hələ ki, heç bir əsas yoxdur. Digər iki variantımız da var. Başqa mövqe oyunçuları da siyahıdadır. Danışıqlar gedir, əgər alınsa, sabah yenilik ola bilər. Bilmirik, alınacaq, ya yox. Çətindir".

 

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb.

Xəbər xətti