Millinin heyəti açıqlandı

13:06 - 2 Sentyabr 2019

Sentyabrın 3-dən 9-dək Portuqaliyanın Figueira şəhərində Avropa Super final (European Beach Soccer League) mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə milli komandanın heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Bolqarıstan yığmasının iştirakdan imtina etməsi səbəbindən final mərhələsində Estoniya millisi mübarizə aparacaq.

 

Komandanın heyəti və keçirəcəyi oyunların təqvimi bəlli olub: 

 

Millinin heyəti: Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev, Əbdül Əliyev.

 

5 sentyabr
15:45. Estoniya – Azərbaycan

 

6 sentyabr
15:45. Azərbaycan – Rumıniya

 

7 sentyabr
15:45. Azərbaycan – Çexiya

 

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər xətti