"Qəbələ" yeni baş məşqçisini açıqladı

15:07 - 2 Sentyabr 2019

“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, rəhbərliyin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

 

Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.

Xəbər xətti