Xorvatiya millisində dəyişiklik: Rakitiç Azərbaycana qarşı oynamayacaq

16:34 - 2 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. 

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç futbolçu ilə danışdıqdan sonra belə qərar verib. Rakitiçin "Barselona"dakı taleyi qeyri-müəyyən olduğu üçün yığmaya çağrılmayıb.

 

32 yaşlı yarımmüdafiəçinin əvəzinə "Kalyari"nin futbolçusu Marko Roq milliyə dəvət alıb.

 

Xorvatiya sentyabrın altısında Slovakiyanın, üç gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Xəbər xətti