Mateo Kovaçiç də Azərbaycana qarşı oynamayacaq

18:15 - 2 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya millisində daha bir dəyişiklik baş verib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə Miyo Çaktaş dəvət edilib.

 

Daha əvvəl İvan Rakitiçin əvəzinə “Kalyari”dən Marko Roq yığmaya çağrılmışdı.

 

Xorvatiya sentyabrın altısında Slovakiyanın, üç gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Xəbər xətti