Millinin heyətində dəyişiklik

18:20 - 2 Sentyabr 2019

Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.
 

Yığma hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Xəbər xətti