Rusiya millisinin sabiq üzvü Azərbaycan yığmasında oynamaq istəyir

12:44 - 3 Sentyabr 2019

"Sumqayıt"ın yeni transferi Cəmaləddin Xocaniyazov Azərbaycan milli komandasında oynamaq üçün AFFA-ya müraciət edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib: "Azərbaycan millisində oynamaq istəyi olmasaydı, onu komandaya cəlb etməzdik. Yığmada oynamaq üçün AFFA-ya müraciət edib".

 

 

Rusiyanın U-21 millisinin üzvü olmuş 23 yaşlı müdafiəçi "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural", Norveçin "Orxus" və Belarusun BATE klubunda oynayıb.

Xəbər xətti