Milli üzvləri ilə görüş - FOTOLAR

18:50 - 3 Sentyabr 2019

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

 

Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

 

AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.

 

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Xəbər xətti