Uels – Azərbaycan: açıq məşq və mətbuat konfransı

10:28 - 4 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində sentyabrın 6-da, Kardiff şəhər stadionunda keçiriləcək Uels – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı sabah keçiriləcək.


Uels – Azərbaycan: Açıq məşq və mətbuat konfransı
5 sentyabr
 
Uels milli komandası
Saat 10:45. Mətbuat konfransı
Saat 12:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
 
Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi Kardiff şəhər stadionunda təşkil olunacaq. Tədbirlərin saatı yerli (Uels) vaxtla göstərilib.

Xəbər xətti