Millinin açıq məşqi olacaq

17:04 - 4 Sentyabr 2019

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.

 

Sportal.az federasiyaya istinadən xəbər verir ki, sentyabrın 5-i, saat 18:00-da, matçın keçirləcəyi “Dalğa Arena”da Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi açıq olacaq.

 

Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-da, saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.

 

Xəbər xətti