"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI

11:17 - 5 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Sportal.az xəbər verir ki, siyahıda 23 futbolçu var. 

 

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 95. Məmməd Hüseynov;

 

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov;


Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov;

 

Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye;

 

Baş məşqçi: Qurban Qurbanov.

 

"Qarabağ", "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları A qrupunda qərarlaşıb. Ağdam təmsilçisi ilk matçını sentyabrın 19-u Bakıda "Sevilya"ya qarşı keçirəcək.

Xəbər xətti