Azərbaycan millisinin üzvü 27 yaşında məşqçiliyə başladı

11:40 - 5 Sentyabr 2019

Azərbaycan millisinin sabiq üzvü Məhəmməd Qurbanov məşqçiliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, 2018-ci ildə "Sabah"dan ayrılan 27 yaşlı hücumçu klub tapmadığı üçün bu qərarı verib. Qurbanov Rusiya Peşəkar Futbol Liqasında mübarizə aparan "Çayka" klubunda çalışır. O, 2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandanın baş məşqçisidir.

 

Məhəmməd Qurbanov Azərbaycanın əsas millisində üç oyun keçirib. O, "Sumqayıt", "Neftçi", "Kəpəz" və "Sabah" klublarında oynayıb.

 

Xəbər xətti