Cəmaləddin AFFA-ya müraciət etməyib - "Sumqayıt"a bir şərtlə keçə bilər

15:02 - 5 Sentyabr 2019

Belarusun BATE klubu "Sumqayıt"la anlaşan Cəmaləddin Xocaniyazovun ayrılığını bəyan etməyib. Futbolçunun agenti Vladimir Kasovski isə anlaşmanın ləğv edildiyini bildirib.

 

Sportal.az "Tribuna" nəşrinə istinadən xəbər verir ki, Türkmənistan əsilli rusiyalı futbolçunun "Sumqayıt"a keçməsi üçün qarşısına şərt qoyulub. Nəşrin iddiasına görə, 23 yaşlı müdafiəçi Azərbaycan millisində oynamaq üçün vətəndaşlığını dəyişdirməlidir. Belə halda onun "Sumqayıt"a keçidi reallaşacaq.

 

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev isə Rusiyanın U-21 millisinin sabiq üzvünün AFFA-ya müraciət etdiyini demişdi: "Azərbaycan millisində oynamaq istəyi olmasaydı, onu komandaya cəlb etməzdik. Yığmada oynamaq üçün AFFA-ya müraciət edib".

 

Rusiyanın U-21 millisinin üzvü olmuş 23 yaşlı müdafiəçi "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural", Norveçin "Orxus" və Belarusun BATE klubunda oynayıb.

Xəbər xətti