Donald Geryenin "Neftçi" ilə müqavilə şərtləri

15:19 - 5 Sentyabr 2019

“Qarabağ”dan ayrılan Vild-Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək.

 

Sportal.az-ın məlumatına görə, haitili cinah müdafiəçisi paytaxt klubu ilə iki illik müqavilə imzalamaq üçün Bakıya gəlib.

 

“Neftçi” yeni transferinə aylıq 15 min dollar maaş verəcək. Donald 77 nömrəli formanı seçib. Paytaxt təmsilçisi Geryeni ev və maşınla da təmin edib. Futbolçu sabah "ağ-qaralar"da məşqlərə başlayacaq.

 

"Neftçi" Geryedən narazı qalsa, onunla qışda və ya mövsümün sonunda yolları ayıra bilər. Belə halda ona yalnız həmin ayı maaşı veriləcək və futbolçu təzminat almayacaq.

 

30 yaşlı oyunçu 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay Gerye Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, intizamsılığına görə, ondan imtina edilmişdi.

 

Gerye Ağdam klubunda 55 oyuna 5 qol vurub.

Xəbər xətti