Milli komanda Malta ilə bərabərə qaldı

00:19 - 6 Sentyabr 2019

Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma komanda 2:2 hesablı heç-heçə edib. Yığmanın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.

 

Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.

Xəbər xətti