Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB

00:35 - 7 Sentyabr 2019

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin beşinci turunda Uelsin qonağı olub.

 

Sportal.az xəbər verir ki, Kardiff şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Azərbaycan millisi qrupda bundan əvvəl keçirdiyi üç matçda da məğlub olub.

 

E qrupunun digər matçında Slovakiya Xorvatiyanı qəbul edib və 0:4 hesabı ilə uduzub.

 

AÇ-2020-nin seçmə mərhələsi, E qrupu

6 sentyabr

 

22:45 Uels - Azərbaycan - 2:1

Qollar: Pavel Paşayev, 26 (avtoqol), Qaret Beyl, 84 - Mahir Əmrəli, 59

Baş hakim: Trustin Farruca Kann

Yan xətt hakimləri: Alan Kamilyeri, Luk Portelli

Dördüncü hakim: Alan Mario Sant (hamısı Malta)

Hakim-inspektor: Youni Hyutya (Finlandiya)

UEFA nümayəndəsi: Kristian Velander (İsveçrə)

Kardiff şəhər stadionu.

 

     

Xəbər xətti