Rahil Məmmədovun durumuna aydınlıq gəldi, Bədavi nə vaxt qayıdır?

11:11 - 6 Sentyabr 2019

Azərbaycan milli komandasının məşqində zədələnən "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun durumuna aydınlıq gəlib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı futbolçu bir ay yaşıl meydanlardan kənar qalacaq. Məmmədov Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Sevilya" ilə oyunu buraxacaq. Onun ikinci turda "Düdelanj"la səfər görüşünə yetişib-yetişməyəcəyi sual altındadır.

 

Ağdam klubunun digər zədəli futbolçusu Bədavi Hüseynov "Sevilya" ilə oyuna yetişəcək. 28 yaşlı futbolçu Premyer Liqanın IV turunda "Neftçi" ilə sentyabrın 15-də keçirləcək matçda meydana çıxacaq.

 

Bu gün "Qarabağ"a qoşulan 32 yaşlı bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç "Sevilya" ilə oyunda debüt edəcək.

Xəbər xətti