Azərbaycan qalib gəlmədiyi rəqibə qarşı - Uelslə oyuna doğru

12:46 - 6 Sentyabr 2019

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsin qonağı olacaq.

 

Əvvəlki üç oyunda uduzan milllinin bu gün Kardiffdə möcüzə edəcəyina inanlar azdır. Daha çox tərəf isə yığmanın yenə darmadağın olacağını proqnozlaşdırır.

 

Hətta bu oyundan üç gün sonra evdə Xorvatiya ilə matça da nikbin baxanlar barmaq sayılacaq qədərdir. İlk üç oyunda uduzan millinin qrupu xalsız başa vurmaq ehtimalı yaranıb.

 

Futbol ictimaiyyəti də yığma komandalara inanmır. Azarkeşlər yenə də “Qarabağ”ın Avropa səhnəsindəki uğurları ilə təsəlli tapır. Milli komandalarda uğursuluq davam etməkdədir.

 

AFFA uzun illərdir ortabab komanda formalaşması üçün işləri düzgün təşkil etmir. Əsas millidə oynayanların yarıdan çoxu milliləşənlərdir. Aşağı yaş qruplarında da demək olar oxşar vəziyyətdir.

 

Uels son iki görüşdə Macarıstanla Xorvatiyaya uduzub. Britaniyalılar vəziyyəti düzəltmək üçün Azərbaycanla oyuna qələbə istəyilə çıxacaq.

 

Uels yığmasının heyətində Aaron Remzi zədə səbəbindən matçın iştirakçısı olmayacaq. Azərbaycan millisində isə Rahil Məmmədov eyni səbəbdən heyətdən kənarlaşdırıldı.

 

Azərbaycan yığması seçmə mərhələdə üç qol vurub və bunlardan ikisi Ramil Şeydayevin aktivindədir.

 

Ada təmsilçisinin Ceyms, Uilson, Beyl triosu matçın taleyini həll etmək gücündə olan futbolçulardır.

 

Ehtimal 11-liklər:

Uels: Ueyn Hennesi – Kris Qanter, Kris Mefam, Ceyms Lourens, Ben Devis – Itan Ampadu,Co Allen, Mettyu Smit – Harri Uilson, Qaret Beyl, Deniel Ceyms.

 

Azərbaycan: Səlahət Ağayev – Pavel Paşayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Şəhriyar Rəhimov – Riçard Almeyda, Qara Qarayev, Emin Mahmudov - Dmitri Nazarov, Mahir Əmrəli, Ramil Şeydayev.

 

Daha öncə Azərbaycanla Uels altı dəfə qarşılaşıb. Britaniyalılar beş dəfə qalib gəlib. Bir oyunda isə heç-heçə qeydə alınıb. Yığma altı oyunda rəqibinə bir qol vurub. Statistikadan da görünür ki, Uels Azərbaycan millisi üçün uyğun rəqib deyil.

 

20 noyabr 2002-ci il
Azərbaycan – Uels – 0:2 (Qollar: Qari Spid, Con Hertson)

 

29 mart 2003-cü il
Uels – Azərbaycan – 4:0 (Qollar: Kreyq Bellami, Qari Spid, Con Hertson, Rayan Qiqqz)

 

4 sentyabr 2004-cü il
Azərbaycan – Uels – 1:1 (Qollar: Rəşad Sadıqov – Qari Spid)

 

 

12 oktyabr 2005-ci il
Uels – Azərbaycan – 2:0 (Qollar: Rayan Giqqz (2))

 

6 iyun 2009-cu il
Azərbaycan – Uels – 0:1 (Qol: Devid Edvards)

 

Uelsin son beş oyunu:

Macarıstan – Uels – 1:0
Xorvatiya – Uels – 2:1
Uels – Slovakiya – 1:0
Uels – Trinidad və Tobaqo – 1:0
Uels – Danimarka – 1:2


Azərbaycanın son beş oyunu:

Azərbaycan – Slovakiya – 1:5
Azərbaycan – Macarıstan – 1:3
Azərbaycan – Litva – 0:0
Xorvatiya – Azərbaycan – 2:1
Kosovo – Azərbaycan – 4:0.

Xəbər xətti