"Qarabağ" Beqoviçlə müqavilə imzaladı

17:10 - 6 Sentyabr 2019

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

 

Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.

 

Beqoviç İngiltərədə “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun” kimi klublarda çıxış edib.

Xəbər xətti