Nikola Yurçeviç: "Bəxtsizlikdən buraxılan iki qolla məğlub olduq"

01:29 - 7 Sentyabr 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Uelsə qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yığmanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:

 

“Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi. Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan iki qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

 

Milli komanda sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını vurğulayıb:

 

"Xorvatiya səfərdə 4:0 hesabı ilə qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdu. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Cavan oyunçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər. Bu səbəbdən 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı". (Report)

Xəbər xətti