Rayan Giqqz: "Qələbəni böyük çətinliklə qazandıq"

01:45 - 7 Sentyabr 2019

Uels millisinin baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

 

"Beyl illər ərzində Uels üçün vacib qollar vurub. Beyl kapitandır, hər kəs ona baxır. O, böyük xarakter göstərdi və bundan çox məmnun oldum.

 

Önəmli qələbə qazandığımız üçün razıyam. Çətin oyun keçdi. Azərbaycan millisi Xorvatiya ilə oyundakı kimi çıxış elədi. Dürüst olsam, ilk hissədən məmnun qalmadım. Çox səhv etdik. Futbolçuların çoxu formada deyildi. Topu daha sürətli şəkildə hərəkət etdirməli idik.

 

Futbolçular böyük xarakter göstərdi, amma məyusluğum da var. Azərbaycan yığması topu özündə saxlayıb, əks-hücumlara çıxa bilirdi. Üzərində çalışmalı olduğumuz məqamlar var.

 

Azərbaycan yığmasından hansısa futbolçunu fərqləndirmək istəməzdim. Rəqibin heyətində yaxşı oyunçuların olduğunu deyərdim. Bu matçda yaxşı oynadılar. Heç kim bu komandanı zəif görmür. Qələbəni böyük çətinliklə qazandıq".

Xəbər xətti