"Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq"

13:39 - 7 Sentyabr 2019

Xorvatiya millisinin futbolçusu İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, qollardan birinin müəllifi olan cinah oyunçusu sentyabrın 9-u Bakıda Azərbaycan yığmasına qarşı görüşə də toxunub:

 

"Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq. Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

 

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

Xəbər xətti