Qaret Beyl: "Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq"

13:50 - 7 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində evdə Azərbaycanı 2:1 hesabı ilə məğlub edən Uels millisinin kapitanı Qaret Beyl AFP-yə açıqlamasında qələbəni şərh edib.

 

Sportal.az xəbər verir ki, qələbə qolunu vuran 30 yaşlı ulduz futbolçu çətin oyun keçdiyini bildirib:

 

"Rəqib bizim üçün oyunu çətinləşdirdi. Bəzən çətinliklə üzləşirdik. Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

Xəbər xətti