Fransada skandal: Albaniyanı Ermənistanla səhv saldılar - VİDEO

01:05 - 8 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin H qrupunda qərarlaşan Albaniya millisi Fransanın qonağı olub.

 

Sportal.az xəbər verir ki, oyundan öncə xoşagəlməz hal yaşanıb. "Stad de Frans"da keçirilmiş görüşdən öncə Albaniya yığmasının himni düzgün səsləndirilməyib. Əvvəlcə Andorranın dövlət himni səslənib. Çaşqınlıq içində qalan futbolçular sona qədər gözləyib. Albaniyalı azarkeşlər isə etiraz ediblər.

 

Stadionun diktoru isə vəziyyəti daha da gərginləşdirən sözlər səsləndirib:

 

"Yanlış himn səsləndirdiyimiz üçün Ermənistan xalqından üzr istəyirik. Ermənistanın dövlət himni səslənir".

 

Bu anonsdan sonra tribunalardakı albaniyalı azarkeşlər etiraz etməkdə davam edib.

 

Albaniya millisinin futbolçuları isə hakimə himnləri səslənməyəcəyi halda, oyuna başlamayacaqlarını deyib.

 

Ən sonda isə Albaniyanın dövlət himni səsləndirilib. Yeddi dəqiqə gec başlayan oyunda Fransa Albaniyaya 4:1 hesabı ilə qalib gəlib.

 

Gafa me himnin on Vidnews.

 

 

Kendohet himni i shqiperise on Vidnews.

 

Xəbər xətti