Nikola Yurçeviç: "Azərbaycanda böyük futbolçu seçimi yoxdur" - MÜSAHİBƏ

15:29 - 8 Sentyabr 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Sportske Novosti"yə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis millinin AÇ-2020-nin seçmə mərhələsində Uelsə məğlubiyyətindən və Xorvatiyaya qarşı keçirəcəkləri oyundan danışıb.

 

- Uelslə oyunda xal qazanmağınıza nə mane oldu?

- Kardiffdə Uelslə oyun bizim üçün çox əsəbi keçdi. "Maksimir"də Xorvatiyaya qarşı daha yaxşı oynamışdıq. Uels bu oyunda böyük şansa malik deyildi. Hesabı 1:1 etmişdik. Bacarıqlarımıza görə, möhtəşəm oynadıq. İki kuryoz qol buraxdıq. İlk qolumuz həqiqətən də gülməli idi. Yekunda bizə böyük məyusluq qaldı. Uelslə oyunda bir xala çox yaxın idik.

 

- Xorvatiya Azərbaycanla oyun öncəsi Slovakiyanı 4:0 hesabı ilə məğlub etdi. Rqəbinizin oyununu izlədiniz?

- İndi heyətin psixoloji və fiziki durumunu görməliyəm. Uelslə matçdan sonra yaralıyıq. İndi Xorvatiya Bakıya bizimlə oynamaq üçün gəlir. Rəqibimizin nə qədər güclü olduğunu söyləməyə ehtiyac yoxdur. Xorvatiyanın Slovakiya ilə dünya çempionatdakı səviyyədə oynadığını gördüm. Oyunu izlməsəm də, yazılanları oxudum. Pozitiv məqamlar qeyd edilirdi.

 

- Xorvatiyadan qorxursunuz?

- Qorxmaq? Mənim qorxum nəyi dəyişəcək? Xorvatiyanı sərbəst oynamağa imkan versək, nə qədər təhlükəli olduğunu bilirəm. Heyətdə gənc, özlərini sübut etmək istəyən gənclər var. Xorvatiyadan danışanda hər şey açıqdır, dünya standartlarında olan komandadır. Slovakiyaya qalib gəldikləri oyundan sonra daha da motivasiyalı durumdadılar.

 

- Xorvatiyaya qarşı sürpriz hazırlamısınız?

- Bunu etmək artıq bizə qalıb. Güclü olmalıyıq. Xorvatiyanın necə güclü rəqib olduğunu bilirik. Rəqibə hörmət edirik və bacarıqlarımıza uyğun onları qəbul edəcəyik. Zaqrebdə olduğu kimi işlərini çətinləşdirməyə çalışacağıq. "Maksimir"də böyük sürpriz və möcüzə yə yaxın olsaq da, edə bilməmişdik.

 

- Zaqrebdəki oyun Bakıda keçiriləcək matçın reseptidir?

- Bu iki komandanın səviyyə fərqi çox böyükdür. Xorvatiyadan bir az aşağı səviyyədə olacağımıza ümid edirik. Məqsədimiz bacardığımız qədər yaxşı nəticə qazanmaqdır. Bunu söyləməkdən çox əməl etmək lazımdır. Çətin qrupda yer almışıq. Hər oyun özümüzü göstərmək üçün imkandır. Kardiffdə böyük uğursuzluq yaşadığımız düşünülür. Çünki əla oynasaq da, xalsız qaldıq.

 

- Heyətdə dəyişikliklər ediləcək?

- Uelslə oyuna üç əsas futbolçumuz olmadan çıxmışdıq. Onsuz da böyük futbolçu seçimi yoxdur. Premyer Liqada 25 nəfəri milliyə seçiləcək 40 azərbaycanlı futbolçu var. Uelslə matçda Bəhlul Mustafazadə möhtəşəm oyun sərgilədi. Xorvatiya ilə oyun üçün heyəti müəyyənləşdirməmişəm.

 

- Stadionda necə atmosfer olacaq?

- Bakıda oynamaq gözəldir, möhtəşəm atmosfer olacaq. Heç bir təzyiq yoxdur. Bakıda yaxşı futbol ab-havası var.

Xəbər xətti